NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir
(®) NEQSOL Holding Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq edərək Azərbaycanda 50 tələbə qız üçün “Parla” adlanan inteqrasiya olunmuş təqaüd və inkişaf proqramını həyata keçirməyə davam edir.
NEQSOL Holding tərəfindən əsası qoyulan “Parla” təqaüd proqramının 50 uğurlu iştirakçısı tərəflərin müəyyən etdiyi meyarlar əsasında müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr təhsili başa vurana qədər aylıq təqaüd ödənişləri alacaq. Bundan əlavə NEQSOL Holding tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.
Tədbirdə çıxış edən “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə qeyd edib ki, təhsilə dəstək həm də holdinqin korporativ sosial məsuliyyət strategiyasının mühüm bir hissəsidir, inklüzivlik isə holdinqin əsas dəyərlərindən biridir. Proqramın “Parla” adlanmasına diqqəti çəkərək İmran Əhmədzadə deyib:
“Sizdən gözlədiyimiz yalnız bir şey var: parla! Potensialınızı göstərin. Güclü, yaxşı təhsilli və yeni çağırışlara hazır olun. O qədər parlaq olun ki, digər qızların da yolunu işıqlandırın. Sadəcə parla! Bu yolda Sizə dəstək olmaq üçün yanınızda olacağıq.”
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov proqramı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırdı. Qızların şəxsi və peşəkar inkişafı üçün xüsusi proqram hazırlandığını qeyd edən EInur Nəsibov dedi: ”Parla” proqramının köməyi ilə tələbə qızlarımız universitetdə daha yaxşı oxumaqla yanaşı əmək bazarında iştirak üçün daha hazırlıqlı olacaqlar.”
Proqram iştirakçılarının və digər qonaqların qatıldığı tədbirdə təhsil və işəgötürmə üzrə ekspertlər, eləcə də digər ölkələrdə oxşar proqramlar həyata keçirən fondların nümayəndələri çıxış etdilər.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)








