"Made in Azerbaijan" məhsulları "Alibaba.com" ilə yeni bazarlara çıxacaq
“Alibaba” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilibİqtisadiyyat Nazirliyində “Alibaba” şirkətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması və digər potensial əməkdaşlıq barədə səmərəli müzakirələr aparılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Alibaba” şirkətinin qlobal strateji tərəfdaşlıq üzrə rəhbəri Tim Sonqla görüşüb.
Nazir müavini Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sahibkarlara göstərilən dəstək, eləcə də ixrac potensialı yüksək olan müəssisələr və strateji ixrac məhsulları, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri barədə məlumat verib. “Alibaba” şirkəti ilə əməkdaşlığın və işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, AZPROMO ilə "Alibaba.com" arasında imzalanmış Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışının təmin edilməsinə töhfə verəcək.
Tim Sonq “Alibaba.com” elektron ticarət platformasının təqdim etdiyi imkanlar və üstünlükləri, həmçinin “Made in Azerbaijan” brendli məhsulların bu platformada satışının təşkili mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.
Tərəflər şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması, qabaqcıl təcrübənin tətbiqi və potensial əməkdaşlıq istiqamətləri barədə səmərəli müzakirələr aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























