İpoteka qanununa əlavə və dəyişikliklərin detalları açıqlanıb - 15% UCUZ SATILA BİLƏR
Azərbaycanda bağlanılan ipoteka müqavilələrində öz əksini tapan məlumatların sayının artırılması təklif olunur.
Bu, “İpoteka haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ipoteka müqavilələrində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix kimi məlumatlarla yanaşı, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinin mümkünlüyünü müəyyən edən şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmeti açıq bazarda satılarkən əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi də göstərilməlidir.
Bundan başqa, sənəddə təklif edilir ki, ipoteka müqaviləsində nəzərdə tutulduğu və yaxud ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik vaxtında icra edilmədikdə ipoteka saxlayana məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəltmək hüququ verilsin, bunun üçün ipoteka qoyandan notarial qaydada razılıq əldə olunması tələbi ləğv edilsin.
Həmçinin, layihəyə əsasən, ipoteka müqaviləsində ipoteka predmetinin açıq bazarda satılması nəzərdə tutulduqda, ilkin satış qiymətini müstəqil qiymətləndirici müəyyən edir. Onun xidmətindən istifadə olunması ilə bağlı xərclər müqaviləsində nəzərdə tutulduğu qaydada ödənilir. Satışdan əldə olunmuş gəlir isə müqaviləyə uyğun olaraq bölüşdürülür.
Yeri gəlmişkən, layihədə təklif olunur ki, əmlakın hərrac yolu ilə satışı ilk cəhddən baş tutmadıqda növbəti hərrac indiki qanunda nəzərdə tutulduğu kimi 45 gündən sonra deyil, 20 gündən sonra keçirilsin.
“Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15% aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, həmin qiymət ən azı hərracın keçirilməsi xərclərini və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərini ödəməyə kifayət etsin. Bundan başqa, ipoteka saxlayan ipoteka predmetini ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, həmin qiymət ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərini ödəməyə kifayət etsin”, - deyə layihədə qeyd olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
22 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)





