Türkmənbaşı və Bakı arasında daşımalar üçün azı 20 quru yükdaşıyan gəmi lazımdır
Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu Ro-Ro bərələrinin tikintisinə başlamağı planlaşdırır. 2024-cü ildə müəssisə 2 quru yükdaşıyan gəminin tikintisinə başlayıb, onlardan birinin 14 aydan sonra, ikincisinin isə daha 3 ay sonra (yəni, hər ikisi 2025-ci ilin yaz-yayında) istismara verilməsi planlaşdırılır. Bununla yanaşı, ilkin hesablamalara görə, Türkmənbaşı və Bakı limanları arasında ildə 5 milyon ton həcmində əlavə konteyner daşımalarının icrası üçün azı 20 quru yükdaşıyan gəmi lazım olacaq.
Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin (“Türkməndənizdəryayolları”) mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda “Balkan” tərsanəsinin gücü ildə 4 gəminin tikintisinə və 20 gəminin təmirinə nəzərdə tutulub və Türkmənistan gəmiçiliyinə tam güc üçün investisiyalar lazımdır.
Məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Türkmənbaşı-Ələt xətti ilə daşınan konteynerlərin ümumi sayı 2362 TEU (iyirmi futlu ekvivalent/Twenty-foot Equivalent Unit/TEU) təşkil edir ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















