“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi
(®) Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi.
Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi.
50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner “Maşın öyrənilməsi (“Machine learning”) modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi”, eləcə də “Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi” mövzusunda təcrübələrini bölüşdü.
Seminarın digər eksperti isə Kapital Bank-ın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib olan Nihad Hüseynzadə iştirakçılarla “Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi”, “Agile mühitdə kredit risklərinin idarə edilməsi” mövzusunda biliklərini bölüşdü.
Mütəmadi olaraq “Yeni texnologiyaların tətbiqi”, “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi”, “Verilənlər bazasının idarə edilməsi”, “Yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi” kimi mövzularda seminar və tədbirlər həyata keçirən Kapital Bank-ın məqsədi bu kimi layihələrlə müasir texnologiyaların tətbiqi və rəqəmsal sahədə çalışan şəxsləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və şəbəkələşməni artırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 36 d. əvvəl
-
45 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
58 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
















.jpg)





