Qazaxıstan öz hava limanlarını avropalı investorların idarəçiliyinə verməyə hazırdır
Respublikanın nəqliyyat naziri Marat Karabayev qeyd edib ki, ən böyük hava limanları - Astana və Almatı artıq xarici holdinqlərin nəzarətindədir.Qazaxıstan tərəfi ölkədəki 20-dən çox hava limanını avropalı investorların idarəçiliyinə verməyə hazırdır.
Marja.az xəbər veroir ki. bunu respublikanın nəqliyyat naziri Marat Karabayev Brüsseldə keçirilən Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda deyib.
Nazir qeyd edib ki, respublikanın ən böyük hava limanları - Astana və Almatı artıq xarici holdinqlərin nəzarətindədir. "Biz Qazaxıstanda qalan 22 hava limanını avropalı investorların idarəçiliyi altında özəl sektora verməyə hazırıq. Qazaxıstanı Asiya ilə Avropa arasında tranzit qovşağına çevrilmək üçün böyük potensial var".
Karabayev həmçinin vurğulayıb ki, respublika hakimiyyəti Xəzər dənizinin sahilindəki Aktau və Kurık limanlarını sonradan özəlləşdirmə imkanı ilə Avropa şirkətlərinə verməyə hazırdır. “Biz Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - red) iştirakçıları ilə Avropa İttifaqı arasında bu marşrutun inkişafı ilə bağlı saziş imzalamağı təklif edirik”, - deyə nazir qeyd edib.
Bundan əlavə, o, bu ilin sentyabrında Astanada Avropa İttifaqı və Qazaxıstan arasında nəqliyyat sektorunda tərəfdaşlığa dair böyük investisiya forumunun təşkilini təklif edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 47 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
3 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
3 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir



















