Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 1-ci iclası keçirilib, İcraçı direktorun müavini təyin edilib
Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edilib.
26 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-ci il 24 yanvar tarixli Sərəncamı ilə tərkibi təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.
İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səsverməyə çıxarılıb və təsdiq olunub.
Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
5 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
