“PASHA Private Banking” ilk eksklüziv kartlarını təqdim edib
(®) Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən “PASHA Private Banking” ilk eksklüziv ödəniş kartlarını ictimaiyyətə təqdim edib.
Üst səviyyə bank xidmətləri və fərdi yanaşması ilə seçilən “PASHA Private Banking” təqdim etdiyi eksklüziv “Horizon” və “Heritage” ödəniş kartları ilə müştərilərə yeni imkanları kəşf etməyi təklif edir.
Müasir tendensiyalar və müştərilərin rəyləri əsasında ərsəyə gələn bu kartların yaradılmasında ilham mənbəyi - müştərilərin sərvətin idarəolunmasında yeni üfüqləri kəşf etmək əzmi və gələcək nəsillərə ötürülməli olan irs və mirasımızdır. Qeyd olunan bu məqamlar hər iki kartın adı və daşıdığı mənada əks olunur.
“Horizon” (Üfüq) – kəşf edilməyi gözləyən sərhədlərin təmsilidir. Bu kart ilə müştəriləri sərvətin artırılmasına və rifaha doğru yol gözləyir.
“Heritage” (İrs) - keçmişin hekayələrini özündə birləşdirən və gələcəyə ilham verən sonsuz bir xəzinədir. Bu kart müştəriləri qazandıqları mirası qorumaq və gələcək nəsillərə ötürmək məqsədini özündə daşıyır.
Bu kartlarla müştərilər “PASHA Private Banking"in təqdim etdiyi bütün xidmətlərdən, sərvətin idarəolunması üzrə məsləhət xidmətindən, fərdi müştəri meneceri və diqər üstünlüklərdən istifadə etmək hüququna malikdirlər.
Eyni zamanda müştərilər premium brendlərin yeni məhsullarının öncədən sifarişini, eksklüziv tədbirlərə dəvət, səyahət imkanları və bənzərsiz həyat tərzi üstünlükləri ilə həm yerli, həm də qlobal miqyasda faydalana bilərlər.
Həmçinin “Horizon” və “Heritage” kart sahibləri üçün “Miles and Smiles” proqramının iştirakçısı olaraq millər toplamaq, eyni zamanda “Fast Track”, “Lounge Key”, “Air Transfer” və digər premium səyahət üstünlüklərindən istifadə etmək mümkündür. Bu üstünlüklərdən yalnız kart sahibləri deyil, o cümlədən ailə üzvləri də istifadə edə bilərlər.
Məlumat üçün qeyd edək ki, artıq kartların satışı həyata keçirilib və bir neçə əməliyyat uğurla tamamlanıb. “Horizon” və “Heritage” kartları haqqında ətraflı məlumatı https://www.pashaprivate.az/az/xidmetler/kartlar linkinə keçid edərək əldə edə bilərsiniz.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.
“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün https://pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 26 d. əvvəl
-
26 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
55 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN





















