Fitch enerji qiymətlərində güclü artım gözləmir
Fitch Ratings bu il neft qiymətləri ilə bağlı 80 dollar/barel proqnozunu qoruyub saxlayır və Qırmızı dənizdəki gərginlik səbəbindən irimiqyaslı daşımalarda fasilələr və ya hasilatın azaldılması baş verməsə, qiymətlərdə güclü artım gözlənilmir. Təşkilat, Avropa qazının qiymətləri ilə bağlı proqnozunun dəyişmədiyini bildirib.Qlobal kredit reytinqi təşkilatı “Fitch Ratings" Qırmızı dənizdə gəmilərin hərəkətinin dayandırılmasının əmtəə bazarlarına təsirini təhlil edib.
Marja.az xəbər verir ki, “Fitch Ratings”ə görə, əgər Qırmızı dənizdə mühüm neft tədarükünə hücumlar artmasa və faktiki neft hasilatında ciddi fasilələr olmasa Brent markalı neftin qiymətinin 2024-cü ildə bir barel üçün 80 dollar təşkil edəcəyini və qiymətlərdə güclü artım olmayacağını gözləyir.
BP, Shell, QatarEnergy və bir çox gəmiçilik şirkətləri Süveyş kanalı vasitəsilə tranzitini dayandırıb və marşrutlarını dəyişiblər. Təchizat zəncirləri alternativ marşruta uyğunlaşmalıdır. Bunun müvəqqəti də olsa, neft və qaz bazarlarına təsir edə biləcəyi gözlənilir. Lakin bunun qiymətlərə əhəmiyyətli təsir göstərməyəcəyi təxmin edilir.
Fitch Ratings də 2024-cü ildə Avropa qaz qiymətləri (TTF) üçün 12 dollar/mcf proqnozunu saxlayır.
Avropanın kimya sənayesi Asiyadan xammal idxalından daha çox asılıdır. Qırmızı dənizdən daşınmalarda gecikmələr səbəbindən bu sektorun tədarükün kəsilməsindən daha mənfi təsir görməsi riski var.
Qırmızı dəniz vasitəsilə gübrə ixracı qlobal kalium bazarının təxminən 7 faizini və dünya fosfat bazarının təxminən 5 faizini təşkil edir.
Nəqliyyat xərcləri gübrə qiymətlərinin təxminən 10 faizini təşkil edir, buna görə də artan yükdaşıma tariflərinin gəlirliliyə təzyiq göstərəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








