"Bu məcəllə əsassız qiymət artımı ilə mübarizədə əsas alət olacaq"
“Rəqabət Məcəlləsi bazar iştirakçılarının sayının çoxalmasına imkan yaradacaq"Rəqabət Məcəlləsi sahibkarların sağlam rəqabət şəraitində fəaliyyəti üçün bütün hüquqi çərçivə və iqtisadi əsasları müəyyənləşdirir.
Bunu prezident İlham Əliyevin təsdiqlədiyi və 2024-cü ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsini şərh edərkən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib.
O bildirib kİ, bu məcəllənin qəbul edilməsi ilə iqtisadi tənzimlənmədə səmərəlilik yüksələcək: “Rəqabət Məcəlləsinin tətbiqi bazarlara giriş maneəsinin aradan qaldırılmasını təmin edəcək, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək. Bazarda rəqabət mühiti və azad rəqabət şəraitinin formalaşması bazar iştirakçılarının sayının çoxalmasına, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabət qabiliyyətinə imkan verəcək. Rəqabət mühitinin formalaşdırılması eyni zamanda özəl sektor tərəfindən innovasiya fəaliyyətinin və rəqəmsallaşmanın tətbiqinin genişləndirilməsinə, bu çərçivədə yeni alətlərin tətbiqinə imkan yaradacaq”.
X. Seyranov həmçinin əlavə edib ki, Rəqabət Məcəlləsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində də özəl sektorun inkişafını sürətləndirəcək. Bu məcəllənin tətbiqi ilə sosial rifahın yüksəldilməsi üçün də yeni impulslar müəyyənləşdirilir. Belə ki kiçik vıə orta sahibkarlıq subyektlərinin kəmiyyəti və sayının artması yeni iş yerlərinin yaranmasına ciddi təkan verəcək, məhsul və xidmətlərin çeşidliliyi üçün seçim imkanı yaradacaq.
"Həmçinin istehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq. Bu məcəllə əsassız qiymət artımı ilə mübarizədə əsas alət olacaq və bununla da qiymətlərin optimallaşdırılması üçün imkan yaranacaq. Ədalətli rəqabət məhsul və xidmətlərin sayı, keyfiyyətini yüksəldəcək. Nəticə etibarı ilə istehlakçı hüquqlarınınm müdafiəsi daha da gücləndiriləcək” - deyə şöbə müdiri vurğulayıb.
Qeyd edək ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir.
Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun III oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun 23 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
13 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
13 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
13 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
14 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb





























