İnvestor və istehsalçıların Naxçıvan və Şərqi Zəngəzura səfəri təşkil olunur
Azərbaycan Françayzinq Assosiasiyası tərəfindən 25-29 yanvar 2024-cü il tarixlərində 30 nəfər xarici və yerli istehsalçı və investorun iştirakı ilə Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzur iqtisadi rayonuna səfər təşkil olunacaqdır.
Bu barədə Azərbaycan Françayzinq Assosiasiyası İctimai Birliyi (AFA) məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində istehsalçı və investorların azad iqtisadi zonalara baxışı, yerində müşahidələri və potensial istehsal müəssisələrinin qurulması imkanlarının araşdırılması nəzərdə tutulub və müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparılacaqdır.
Bildirilib ki, Çinin "Energy China", Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", "Suiş Proje" kimi şirkətləri ölkəmizdə olan investisiya imkanları, yaşıl enerji potensialı, inşaat layihələri, mədənçilik və yeni istehsal müəssisələrinin qurulması kimi sahələr maraqlanırlar.
Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə yeni istehsal müəssisələrinin qurulmasına vəsilə olmaqdır.
AFA əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri hökumət təşkilatıdır.
AFA-nın əsas fəaliyyət istiqamətləri sırasına ölkəmizdə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsi və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





