Nüfuzlu bank: "Ən yaxşı halda qiyməti 45 dollar/barel olacaq"
"Brent" markalı neftin qiymətinin bir neçə dəfə 53 dollar/barel həddini keçə bilməməsi qiymətlərdə korreksiya riski yaradıb. Bunu ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri bildiriblər.
Analitiklərin fikrincə, neft qiymətlərində "ayı" trendi, yəni aşağı istiqamətdə trend davam edir. Bankın neft qiymətlərinin proqnozuna dair hazırladığı hesabatda qeyd olunub ki, neft qiymətlərinin artması üçün heç bir katalizator yoxdur, əksinə, azalması üçün bir çox səbəb var. İlin sonuna qədər neft qiymətlərinin perspektivlərinə gəlincə isə analitiklər qeyd ediblər ki, Liviya və Nigeriyanın hasilatı artırması neft ehtiyatlarında ilin ilk yarısında müşahidə olunan 750 min barel/günlük azalma tempini ilin ikinci yarısında 450 min barel/günə endirəcək.
"JPMorgan"ın proqnozuna görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 45 dollar/barel, "WTI" markalı neftin isə 42 dollar/barel olacaq. Hətta bankda bu proqnozu çox optimist hesab edirlər. Bank 2018-ci il üçün neft bazarındakı disbalans üzrə proqnozunu 1,1 mln. barel/gündən 1,3 mln. barel/günə çatdırıb.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)




.jpg)










