İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə oldu
Ölkənin Səhiyyə Nazirliyi süni ətin bütün lazımi sınaqlardan keçdiyini qeyd edib.İsrail Səhiyyə Nazirliyi dünyada ilk olaraq mal əti hüceyrələrindən yetişdirilən süni ətin satışına icazə verib.
Marja.az xəbər verir ki, bu barədə Nazirliyin Telegram-kanalında dərc olunan məlumatda deyilir.
“Süni ət kimi tanınan iribuynuzlu heyvan hüceyrəsindən hazırlanan yeni qida məhsulu dünyada ilk dəfə olaraq təsdiqlənib”, - deyə İsrail Səhiyyə Nazirliyi bildirib.
Departament qeyd edib ki, “Aleph Farms” şirkətinin istehsalı olan məhsulun tədqiqi pilot layihə çərçivəsində aparılıb. Yetişdirilmiş ət bütün lazımi sınaqlardan keçmişdir. Qeyd edək ki, "Aleph Farms" qida texnologiyaları sahəsində fəaliyyət göstərən mobil kənd təsərrüfatı şirkətidir.
2023-cü ilin aprelində laboratoriya şəraitində süni ət istehsalı üzrə ixtisaslaşan İsrailin “SteakHolder Foods” şirkəti dünyada ilk dəfə olaraq 3D çap texnologiyasından istifadə edərək balıq ətinin analoqunu yaradıb. İsrailin baş naziri Benyamin Netanyahu şirkətin istehsal müəssisəsinə səfəri zamanı, İsraili “alternativ qida araşdırması və biznesi sahəsində dünya lideri” adlandırıb və ölkənin bu cür məhsulların istehsalı üçün yeni icazələr alacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
58 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi















.jpg)






