Təhsilin İnkişafı Fondu “İnci Group of Companies”i təltif etdi
16 Yanvar 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “Təhsildən Tərəqqiyə” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd Təhsilin İnkişafı Fondunun reallaşdırdığı layihələr, eləcə də Fondun gələcək fəaliyyəti haqqında məlumat vermək, tərəfdaşları təltif etmək olub.
“İnci Group of Companies” şirkətinin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı çərçivəsində 2023-cü ildən başlayaraq region məktəblərinə kitablar ianə edilir. Layihə əsasında Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. Xüsusilə, regionlarda təhsilalanların inkişafına və təhsildə yüksəlişinə önəm verən “İnci Group of Companies” şirkəti tərəfindən il ərzində daha 5000 kitabın Təhsilin İnkişafı Fondu-na ianə edilməsi planlaşdırılır.
“Təhsildən Tərəqqiyə” adlı tədbirdə “İnci Group of Companies” şirkəti də iştirak edib. Şirkətlər qrupu Fondun reallaşdırdığı layihələrə göstərdiyi dəstəyə görə Tərəfdaşlıq sertifikatı ilə təltif olunub. Sertifikatı “İnci Group of Companies” QSC-nin rəhbəri Mikayıl Yusif qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
14 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
22 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
27 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
32 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
51 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.jpg)














