Türkiyə bankı Azərbaycanda daha da böyüyüb, xalis mənfəətini artırıb
Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycanda törəmə təşkilatı olan "Ziraat Bank Azərbaycan" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" ASC 2023-cü ili 8 milyon 512,6 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 7 milyon 559,4 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləlikə, "Ziraat Bank Azərbaycan" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 953,2 min manat və ya 12,6% artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ildə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 57 milyon 937,1 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 33 milyon 13,6 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 923,5 manat təşkil edib. Bank əməliyyat mənfəətindən 14 milyon 282,8 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 2 milyon 128,1 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 42 milyon 819,3 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 883,2 min manat, əməliyyat mənfəəti 18 milyon 936,1 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsait 9 milyon 486,7 min manat, ödənilən mənfəət vergisi 1 milyon 889,9 min manat təşkil etmişdi.
Ötən il "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 44,4% artaraq 42 milyon 792,9 min manat, qeyri-faiz gəlirləri 14,9% artaraq 15 milyon 144,2 min manat təşkil edib. 2023-cü ildə "Ziraat Bank Azərbaycan"ın digər banklarda yerləşdirditi depozitlərdən faiz gəlirləri 9 dəfə artaraq 8 milyon 338,7 min manat təşkil edib.
CƏMİ AKTİVLƏRİ 100 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü il ərzində "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 107 milyon 785 min manat və ya 20,4% artaraq 636 milyon 685 min manata çatıb. Bank 2022-ci ilin sonunda 528 milyon 899 min manat cəmi aktivlərə malik idi.
DİGƏR BANKLARDAKI DEPOZİTLƏRİNİ 6 DƏFƏ ARTIB
Ötən il "Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 73 milyon 362 min manat və ya 23,1% artaraq 390 milyon 942 min manata, digər banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 64 milyon 970 min manat və ya 6 dəfə artaraq 77 milyon 882 min manata, qiymətli kağızlara investisiyaları 16 milyon 217 min manat və ya 53% artaraq 46 milyon 798 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Keçən il "Ziraat Bank Azərbaycan"ın depozit portfeli 93 milyon 616 min manat və ya 29,4% artaraq 411 milyon 422 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 45 milyon 986 min manat aratarq 145 milyon 856 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 111 milyon 749 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 102 milyon 394 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
4 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!

























