Bakının ortasından kanal salınacaq- Başlanğıcı SOCAR-ın Baş ofisinin yaxınlığında olacaq
"Bakı şəhərinin Baş Planı 2040" sənədi dərc olunub. Plan 2040-cı ilə qədər olan perspektiv dövr üçün şəhərin əsas inkişaf perspektivlərini və istiqamətlərini müəyyən edən strateji planlaşdırma sənədidir. Baş Planın izahatında bildirilir ki, Böyükşor ərazisindəki axınların Böyükşor və Xəzər dənizi arasındakı təpədən şəhərə doğru yolun yarısına qədər salınacaq tunel vasitəsilə axıdılması planlaşdırılır. Axının aşağı hissəsi kanal kimi inkişaf etdirilə bilər. Bakı şəhərinin Baş Planına əsasən, bu kanalın başlanğıcı üçün ilkin olaraq seçilmiş yer Heydər Əliyev prospektində ARDNŞ-nin baş ofisinin yaxınlığında olacaq və dəmir yolu xəttinin yanı ilə davam edəcək. Qeyd edilən kanal 2 mərhələdə də inkişaf etdirilə bilər: birinci mərhələdə boru kəməri inşa edilə bilər. Kanalın yaradılması üçün bu boru kəməri tədricən açıla bilər. Bu kanal istirahət və ətraf mühit baxımından əraziyə əlavə üstünlük qazandıra bilər.
Witteveen + Bos” - Alternativ təkliflər “Azərsu” ASC-nin Master Planında qeyd olunan təkliflərlə bağlı bir sıra çatışmazlıqlar var. Bunlara əsaslı investisiya qoyuluşu tələblərini, Abşeronun daha geniş hidroloji ehtiyaclarının (gölün bərpası da daxil olmaqla) və gələcək bərpa ehtiyaclarının (şəhərin yaşıllaşdırılması və ərazinin abadlaşdırılması da daxil olmaqla) nəzərə alınmamasını misal gətirmək olar. Bununla əlaqədar olaraq, DŞAK potensial alternativləri müəyyən etmək üçün “Witteveen + Bos” şirkətinin cəlb olunması ilə paralel tədqiqatlar həyata keçirmişdir. Qeyd edilən tədqiqatlar Hövsan I və Lökbatan hövzələrinin optimallaşdırılması və Bakının əsas göllərində - əsasən Böyükşor, Bülbülə, Xocahəsən və Qu göllərində bərpa tədbirlərinin tullantı sularının idarəçiliyi üzrə həllər ilə inteqrə edilməsinə yönəldilmişdir. Təkliflər ayrı hesabatda ətraflı təsvir edilmiş (“Witteveen + Bos”, 2019-cu il) və aşağıda ümumiləşdirilmişdir.
Marja.az xəbər verir ki, bu, "Bakı şəhərinin Baş planı 2040" sənədinin izahında bildirilir.
Qeyd edilib ki, Hövsan I hövzəsində Zığ nasos stansiyasının yerləşdiyi ərazidə gücü 200 000 m3/gün, Böyükşor yaxınlığında isə gücü 157 500 m3/gün olan yeni Tullantı Sularının Təmizləyici Qurğuların tikintisi təklif olunur. Təmizlənmiş su suvarma suyu və ya texniki su kimi istifadə edilə və təmiz su tələbatını azalda bilər. Bu alternativ, tunel tikintisi xərclərini azaldır və suyu təkrar istifadə edərək içməli suya olan tələbatın nisbətən azaldılmasına imkan verir. Təchizat şəbəkəsi tam gücü ilə işlədikdə suyun təkrar emalı sayəsində ildə 134 milyon m3 içməli suya qənaət edilir.
Mövcud Dairəvi və Sahil kollektorları yeni Zığ TSTQ-yə axıdılacaqdır. Qara Qarayev prospektinin şimalında yerləşən ərazidəki tullantı suları “Böyükşor” TSTQ-yə axıdılacaq. Qeyd edilən qurğudan təmizlənmiş suyun bir hissəsi tunel vasitəsilə, digər hissəsi isə Bakı şəhərinin ərazisindən keçməklə yeni istirahət körfəzi vasitəsilə axıdılacaqdır. Təcili axınlar da bu sistemdən axıdılacaq. Böyükşor ərazisində təklif olunan TSTQ-yə həmçinin Lökbatan hövzəsinin yuxarı hissəsindən (Böyükşor gölünün qərbində) tullantı suları axıdılacaq.
Qeyd edilən hər iki TSTQ-də bioqaz qurğuları vasitəsilə şlamdan elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Bu yolla, ümumilikdə 6,1 MVt elektrik enerjisi istehsal edilə bilər.
Böyükşor ərazisindəki axınların Böyükşor və Xəzər dənizi arasındakı təpədən şəhərə doğru yolun yarısına qədər salınacaq tunel vasitəsilə axıdılması planlaşdırılır. Axının aşağı hissəsi kanal kimi inkişaf etdirilə bilər. Bakı şəhərinin Baş Planına əsasən, bu kanalın başlanğıcı üçün ilkin olaraq seçilmiş yer Heydər Əliyev prospektində ARDNŞ-nin baş ofisinin yaxınlığında olacaq və dəmir yolu xəttinin yanı ilə davam edəcək. Qeyd edilən kanal 2 mərhələdə də inkişaf etdirilə bilər: birinci mərhələdə boru kəməri inşa edilə bilər. Kanalın yaradılması üçün bu boru kəməri tədricən açıla bilər. Bu kanal istirahət və ətraf mühit baxımından əraziyə əlavə üstünlük qazandıra bilər.
Lökbatan hövzəsində, Xocahəsən gölünün yaxınlığında Xırdalana və Xocahəsən ətrafındakı əraziyə xidmət edəcək 37500 m3/gün su tutumuna malik TSTQ-nin inşası təklif olunur. Hövzənin yuxarı hissəsindəki tullantı suları toplanaraq “Böyükşor” TSTQ-yə axıdılacaq.
Yeni boru kəmərləri və nasos stansiyaları tullantı sularının mövcud sistemlərdən yeni “Böyükşor” TSTQ-yə axıdılmasına imkan verəcək. Xocahəsən gölünün ətrafındakı əlavə kanalizasiya xətləri axını gölün şimal ucundakı yeni TSTQ-yə yönəldəcək. Bakı şəhərinin Baş Planında təklif edildiyi kimi təmizlənmiş su, Xocahəsən gölünün şərq tərəfindəki 200 ha yaşıllıq ərazinin suvarılması üçün istifadə olunacaq.
undan əlavə, hövzənin cənub hissəsindəki tullantı sularının təmizlənməsi üçün Lökbatan ərazisində TSTQ-nin tikintisinə ehtiyac var. TSTQ-nin yeri “Azərsu” ASC-nin Master Planına əsaslanır. Bundan sonra, nəzərdə tutulan TSTQ-nin gücü 105000 m3/günə endirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
5 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
6 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
10 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
11 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
11 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
