Manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb
Mərkəzi Bank: "Pul siyasətinin yumşaldılmasına başlanılması həm də mövcud məzənnə rejimi çərçivəsində manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin yumşaldılmasına xidmət edir"
"Valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynamışdır. 2023-cü ilin ötən dövründə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 95%-də təklif tələbi üstələmişdir. Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq, milli valyuta öz sabitliyini qoruyub saxlamışdır. 11 ayda manatın nominal effektiv məzənnəsi 19.5 faiz bahalaşmışdır ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Qeyd edilib ki, ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi ilin sonuna illik inflyasiyanın hədəf intervalının aşağı hissəsində formalaşacağını proqnozlaşdırmağa əsas verir.
"2023-cü ildə Mərkəzi Bankın pul siyasətinə dair qərarları qlobal və ölkə iqtisadiyyatında gedən proseslər, yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri 8 dəfə müzakirə edilmişdir. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ilk 3 iclasında uçot dərəcəsinin 8.25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddinin 9.25%-dən 10%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.25%-dən 7.5%-ə qaldırılması ilə bağlı qərarlar qəbul edilmişdir. Faiz dərəcələrinin artırılmasında məqsəd xarici və daxili amillərdən təsirlənən məcmu tələbin izafi artımının məhdudlaşdırılması olmuşdur. Növbəti 3 iclasda faktiki və proqnozlaşdırılan inflyasiyanın azalması nəzərə alınmaqla pul siyasətinin sərtləşdirilməsində fasilə götürülmüşdür. Son 2 iclasda isə faiz dərəcələrinin azaldılmasına başlanmışdır. Hazırda faiz dəhlizinin yuxarı həddi 9%, uçot dərəcəsi 8%, faiz dəhlizinin aşağı həddi 6.5% təşkil edir. Pul siyasətinin yumşaldılmasına başlanılması həm də mövcud məzənnə rejimi çərçivəsində manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin yumşaldılmasına xidmət edir",- Bəyanatda bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
