Dmitri Peskov Bakı ilə İrəvan arasında sülh sazişinə hazırlığın gedişatını şərh edib
Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
MDB ölkələrinin qeyri-formal sammitində “münaqişə tərəflərinin” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməsi ilə bağlı sualı cavablandıran D. Peskov deyib: “Onlar münaqişə tərəfləri deyillər, onlar vahid sənəd üzərində razılığa gəlməyə tam hazır olduqlarını bildirirlər, sülh danışıqlarını vahid sənəd üzərində tamamlamağa, sülh sazişini yekunlaşdırmağa hazır olduqlarını ifadə edirlər. Burada heç bir risk yoxdur”.
D.Peskov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın MDB ölkələrinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindəki görüşü sülh sazişinə hazırlıq görən iki liderin dialoqunun dəstəklənməsi fürsətidir.
Onun sözlərinə görə, Rusiya, həmçinin bu hazırlıq prosesinə kömək etməyə hazırdır. “Biz öz vasitəçiliyimizi qəbul etdirməkdə israrlı deyilik, lakin sözsüz ki, bizim təkcə MDB çərçivəsində yox, həm də inkişaf etmiş ikitərəfli münasibətlər müstəvisində iki tərəfdaşımızın ən qısa vaxt ərzində sülh sazişi imzalaması bizim üçün çox vacibdir. Bu, Qafqazda bizim üçün mühüm olan sülh atmosferini, sabitliyi və gələcəklə bağlı müəyyənliyi təmin etmiş olar” – deyə, Kremlin sözçüsü vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 23 d. əvvəl
-
-
54 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




