"Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq"
Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil olunmuş "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda panel müzakirələrində bildirib.
Bundan başqa, o qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir.
"Artıq həmin ərazidə "Azərenerji" ASC 2 yarımstansiya istifadəyə verib. Ağdamda "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq. Ağdam əvvəllər də sənaye şəhəri kimi tanınıb. İndi burada sənaye parkı var və rezidentlər zavod, fabriklərin inşasına başlayıb. Növbəti il onların bir neçəsinin açılışı olacaq", - deyə B.Hacıyev əlavə edib.
Hadrutda və Tuğda torpaq işlərinə başlanılacaq
Prezidentin xüsusi nümayəndəsinin müavini bildirib ki, yaxın günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində torpaq işlərinə başlanılacaq.
"Hazırda layihələndirmə prosesi gedir. Növbəti mərhələdə kommunikasiya xətlərinin qurulması, evlərin inşası həyata keçiriləcək. Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində də işlər davam etdirilir. Talışda 20 fərdi ev bərpa olunub, ailələr köçürülüb. II fazada 158 fərdi evin inşası nəzərdə tutulub. Suqovuşanda isə 5 ədəd beşmərtəbəli yaşayış binasının inşasına başlanıb və gələn ilin yay aylarında istifadəyə veriləcək", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
8 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
























