“Azərxalça” Cocuq Mərcanlı sakinlərini işlə təmin edəcək
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.
“Azərxalça” ASC-dən bildirilib ki, görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub. Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli koloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. Cəbrayıllılar bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar. Bu, onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin, eyni zamanda, marağının göstəricisidir:
“Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”nın apardığı təhlillər göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Cocuq Mərcanlı sakinləri arasında da toxucuların olması sevindirici haldır. Bu görüşümüz zamanı həmin toxucuların “Azərxalça” ASC-nin Füzuli filialında işlə təmini məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək. Biz əminik ki, yaxın gələcəkdə işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq. “Azərxalça” bu rayonlarda da öz filiallarını yaradacaq. Azərbaycan bayrağı dalğalanan hər yerdə Azərbaycan xalçası toxunacaq. Azərbaycan ordusu irəlilədikcə, biz səngərlərə ən yaxın ərazilərdə yeni-yeni xalça emalatxanaları yaradacağıq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”.
Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat sonra
-
10 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
11 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
11 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
11 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
Qəhvə qiymətləri rekord səviyyəyə çatdı
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır
Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər
Gələn il də minimum maaş 400 manat olacaq
Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər
Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub















.jpg)








.jpg)
