“TotalEnergies” və “SOCAR” dronlarla metan aşkarlanması tədbirlərini həyata keçirəcək
Fransanın “TotalEnergies” şirkəti Braziliyada, Azərbaycanda və Anqolada neft və qaz obyektlərində AUSEA texnologiyasından istifadə etməklə metan aşkarlama və ölçmə tədbirlərini həyata keçirmək üçün milli neft-qaz şirkətləri ilə üç əməkdaşlıq müqaviləsi imzaladığını elan edib.
QTotalEnergies”in yaydığı məlumata görə, müqavilələr Braziliyanın “Petrobras”, Azərbaycanın SOCAR və Anqolanın “Sonangol” şirkətləri ilə imzalanıb.
Məlumata görə, bu müqavilələr “TotalEnergies” və tərəfdaş olan milli neft-qaz şirkətlərinin metan emissiyalarını müəyyən etmək, kəmiyyətləndirmək və azaltmaq və bütün neft və qaz sənayesini 2030-cu ilə qədər sıfır metan emissiyasını hədəfləməyə təşviq etmək öhdəliyini nümayiş etdirir.
AUSEA metan və karbon qazı emissiyalarını aşkar etməyə və eyni zamanda onların mənbəyini təyin etməyə qadir olan miniatür ikili sensordan ibarətdir. Bu ultra yüngül çəkili drona quraşdırılmış texnologiya həm quruda, həm də dənizdə bütün növ sənaye obyektlərində yüksək dəqiqlikli göstəriciləri təmin etməklə yanaşı, çətin əldə edilən emissiya nöqtələrinə daxil olmağa imkan verir.
Xatırladaq ki, hazırda “TotalEnergies” istismarda olan “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştirakçısıdır. Bununla yanaşı şirkət Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçısıdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 d. əvvəl
- 2 saat əvvəl
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqladı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı























.jpg)


