Unicapital bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı gəlirlilik dərəcələri Emitenti qane etməməsi səbəbilə hərrac baş tutmamışdır.
Bu həftə AR Maliyyə Nazirliyinin 100 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 3 illik istiqrazlar üzrə faiz dərəcəsi (kupon) 7%-dən 6%-ə endirilmişdir. Bundan öncə baş tutan hərracda 3 illik istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8.35%, kəsmə gəlirlilik isə 8.45% olub.
Ötən həftə baş tutan hərracda AR Mərkəzi Bankının 20 milyon AZN həcmində 1 aylıq notları ortalama 7.86% gəlirliliklə yerləşdirilmişdir. 3 aylıq not hərracı isə hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlərin buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.
Qlobal bazar
29 noyabr tarixində ABŞ-da 3-cü rüb üzrə illik iqtisadi artım məlumatı yenilənib. Yenilənmiş məlumata əsasən ABŞ-da illik iqtisadi artım 3-cü rüb üzrə 5.2% olub. Xatırladaq ki, ilkin açıqlanmış məlumatda ABŞ-da 3-cü rüb üzrə illik ÜDM artımının 4.9% olduğu açıqlanmışdı və məlumatlar yenidən nəzərdən keçirildikdən sonra ÜDM artımının 5.0% açıqlanacağı gözlənilirdi.
8 dekabr tarixində ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı artım məlumatı açıqlanacaq. Göstəricinin 150k-dan 180k-a artacağı gözlənilir. Həmçinin, eyni tarixdə açıqlanacaq işsizlik dərəcəsinin 3.9% qalacağı proqnoz edilir.
Avrozonada oktyabr ayında işsizlik dərəcəsi dəyişməyərək 6.5% açıqlanıb.
7 dekabr tarixində Avrozonada iqtisadi artım məlumatı açıqlanacaq. 3-cü rübə əsasən illik 0.1% iqtisadi geriləmə proqnoz edilir.
Rusiyada işsizlik dərəcəsi azalaraq 3.0%-dən 2.9%-ə düşüb. Gözləntilər işsizliyin artaraq 3.1% olacağı idi.
8 dekabr tarixində Rusiyada illik inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 6.69%-dən 7.52%-ə artacağı gözlənilir.
Türkiyədə iqtisadi artım sürətlənib. 30 noyabr tarixində açıqlanmış məlumatda Türkiyədə illik ÜDM artımının gözləntilərdən (5.3%) yüksək 5.9% açıqlanıb. Cari ilin 2-ci rübündə illik iqtisadi artım 3.8% idi.
Noyabrda Türkiyədə illik inflyasiya da bir qədər sürətlənib. İstehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 61.36%-dən 61.98%-ə yüksəlib.
OPEC+-un 30 noyabr iclasında neft hasilatının 2024-cü ildə azaldılacağı ilə bağlı razılıq əldə olunub. Ümumilikdə 2024-cü ilin birinci rübündə hasilatın gündəlik 2.2 milyon barel azaldılması barədə razılıq əldə olunub ki, bunun 1.3 milyon bareli Səudiyyə Ərəbistanı və Rusiyanın hazırda qüvvədə olan hasilat həcmini könüllü azaltmalarıdır. Gündəlik 900 min barel azaltma isə bazar üçün yeni məhdudiyyətlərin həcmidir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 4 saat əvvəl
-
5 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
5 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
6 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
6 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
6 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























