Dövlətə məxsus pambıq şirkətinin satışdan gəliri azalıb
Xam pambığın toplanması və emalı üzrə ixtisaslaşmış “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2022-ci ili 26 milyon 739 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 23 milyon 632 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, 2022-ci ildə 2021-ci illə müqayisədə “Azərpambıq" şirkətinin xalis mənfəəti 3 milyon 107 min manat və ya 13,1% artıb.
Marja.az-ın məlumatına görə, “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satışdan gəlirləri 2021-ci ildə 168 milyon 697 min manat ikən, 2022-ci ildə 120 milyon 365 min manata düşüb (48 milyon 332 min manat və ya 28,6% azalıb).
Ötən il “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satış gəlirinin 48 milyon 332 min manat azalmasına qarşılıq, satışın maya dəyəri 50 milyon 330 min manat azalıb. Həmçinin şirkət ötən il 1 milyon 513 min manat digər gəlirlər əldə edib (2021-də 460 min manat). Xərcin gəlirdən daha çox azalması və digər gəlirlərin artması hesabına “Azərpambıq" şirkətinin xalis mənfəəti yüksəlib.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 100% dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsusdur.
Hesabatda qeyd edilib ki, 2022-ci il ərzində xam pambığın bir tonunun qiyməti 2 910 ABŞ dollarından 2210 ABŞ dollarına düşmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















