Lağa qoydular, amma o ruhdan düşmədi
Ağıllı telefonlarda (smartfonlarda) əsasən Android və iOS əməliyyat sistemlərindən istifadə edilir. Android və iOS daim rəqabət aparırlar Apple-ın qurucusu olan Stiv Jobs hər kəs tərəfindən yaxşı tanınır, bəs Android-in banisi kimdir?
Samsung, Sony, HTC, ASUS, Lenovo daxil olmaqla bir çox markalar telefon və digər qurğularında Android əməliyyat sistemindən istifadə edirlər. Android əməliyyat sisteminin memarı Endi Rubindir (Andrew E. Rubin).
"Marja"nın xarici mətbuatdan topladığı məlumatlara görə, 1963-cü ildə Nyu-Yorkda anadan olmuş Endi Rubin, "Utiga" adlı kollecdə kompüter mühəndisi olaraq təhsilini başa vurmuşdur. 1986 - 1989-cu illər arasında iş həyatına optik və optik elektronika sahəsində fəaliyyət göstərən beynəlxalq texnologiya şirkəti "Carl Zeiss AG"də robot texnikası mühəndisliyi sahəsində başlayıb. O, bu şirkətdən ayrıldıqdan sonra "Apple"da işə düzəlib.
Endinin "Apple"də işə girməsi təsadüf olmuşdur. Endi Rubin 1989-cu ildə Kayman adalarında istirahət edərkən təsadüf nəticəsində Bill Casuell (Bill Caswell) ilə tanış olur. O, qız dostu ilə dalaşdığı üçün küçədə qaldığını öyrəndiyi Casuellə kömək edir və ona qalmaq üçün yer verir. "Apple"da işləyən Bill Casuell isə yaxşılığa yaxşılıqla qarşılıq verir və Andi Rubinin "Apple"də işə girməsinə kömək edir. Endi Rubin "Apple"də 3 il çalışıb. Onun "Apple"də əhəmiyyətli bir rol ala bilməməsinin səbəbi Stiv Jobs-un Endinin çalışdığı illərdə "Apple"ın başında olmamasıdır.
1999-ci ildə isə Endi , "Danger Inc" adlı şirkət qurur və bu şirkəti daha sonra "Microsoft "satın alır. Sonra Endi Rubin 2003-ci ildə "Android INC" şirkətini qurur.
"Android"in yaranması prosesi də maraqlıdır.
Endi Rubin və 6 nəfərlik komandası telefonlarda istifadə edilməsi üçün bir proqram inkişaf etdirməyi planlaşdırıb. Ancaq, güman etdiklərindən daha xərcli olan əməliyyat sistemi layihəsinə pul çatdıra bilmirlər. Və telefon istehsalçısı “Samsung” ilə razılaşıb yollarına davam etmək istəyirlər.
Komandası ilə “Samsung”un fəaliyyət göstərdiyi Cənubi Koreyaya gedən Rubin, əlindən gələni etsə də “Samsung”un rəhbərliyini “Android”in uğurlu olacağı barədə inandırmağa nail ola bilmir. Üstəlik “Samsung”un komandası onları lağa qoyub.
Sonra “Google”a gedərək şanslarını yenidən sınamağa cəhd edən Rubin və komandası gözlənilməz bir şəkildə “Google”dan müsbət cavab alırlar və “Android” beləliklə “Google”ın tərkibinə qatılır. “Google” “Android” üçün 50 milyon dollar ödəyib.
"Android" əməliyyat sistemi ilə işləyən ilk telefon HTC Dream modeli 2008-ci ildə satışa təqdim olunmuşdur.
Endi Rubin 2013-ci ilin Mart ayına qədər "Google" şirkətinin Mobil və Rəqəmsal Məzmunlar departamentinin sədr müavini olaraq işləyir. Bu tarixdən sonra "Android" layihəsindən ayrılmış və "Google"ın robot hissəsinin başına keçmişdir. 2014-ci ilin sonunda Endi Rubin "Google"dan tamamilə ayırılmışdır.
Hazırda "Android." mobil cihazlarda ən çox istifadə edilən əməliyyat sistemidir.
Endi Rubin isə son günlərdə yenidən gündəmdədir. Yartdığı "Essential" şirkəti tərəfindən uzun müddətdir davam edən işlər nəticəsində "Essential Phone" ağıllı telefonu təqdim edilib. Satışa çıxması tarixi hələ məlum olayan "Essential Phone" telefonunun Samsung və Apple kimi şirkətlərin telefonlarına rəqib olub-olmayacağını yaxın gələcəkdə görəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















