Mərkəzi Bankdan Məcburi ehtiyat normaları ilə bağlı yeni QƏRAR

Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşmişdir.
Qeyd edilib ki, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmışdır.
Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmişdir.
Qaydalara dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/55583) yerləşdirilmişdir.
İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə yeni diferensiallaşdırma meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları Cədvəl 1-də olduğu kimi müəyyən edilmişdir.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər.
Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.
XXX
Məcburi ehtiyatlar - əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 5%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 5%-ni, yəni 50 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 950 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını qaldırdığı təqdirdə kommersiya bankı cəlb etdiyi əmanətin daha az hissəsini kredit kimi verə bilir.
Məcburi ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. Mərkəzi bank bu ehtiyatların saxlanılması üçün faiz ödəmir.
"Məcburi ehtiyat normaları" qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini mərkəzi bankın hesabında "dondurulmuş" vəziyyətdə saxlamağa məcbur edir. Banklar bu vəsaitlərdən kredit kimi istifadə edə bilmir. Deməli, mərkəzi bank məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara əlavə likvidlik verməklə kreditlərin və pul kütləsinin genişlənməsinə, bazar faizinin aşağı düşməsinə gətirib çıxarır.
Məcburi ehtiyat normaları artırılan zaman bankların kredit faizi dərəcələrində artım müşahidə olunur.
Əlaqəli depozitlər – aşağıdakı qrupların birinə aid olan bank depozitləri (həmin depozitlər bir neçə qrupa aid edildikdə ümumi məbləği ən yüksək olan qrup nəzərə alınır):
- hüquqi şəxsin və onda nəzarət zərfinə malik hüquqi və ya fiziki şəxslərin depozitləri;
- nəzarət zərfi bankın depozitoru olmayan eyni şəxsə məxsus iki və daha çox hüquqi şəxsin depozitləri;
- hər hansı depozitorun bankda krediti olduqda onun və həmin kredit üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxsin (məsələn, zamin) depozitləri;
- bankda kreditləri üzrə eyni təminatı təqdim edən iki və ya daha çox şəxsin depozitləri;
- nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin depozitləri və onların işçilərinə aid əmək haqqı hesabları;
- Dövlətə məxsus hüquqi şəxslər istisna olmaqla digər hüquqi şəxslərin depozitləri və onların işçilərinə aid əmək haqqı hesabları;
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
36 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
39 d. əvvəl
Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
