10 şirkəti olan və 1,5 milyon vergini ödəməmiş Natiq Qasımov 7 il azadlıqdan məhrum edildi
Vergilərin dövlət büdcəsindən yayındırılması ilə bağlı cinayət işi başa çatıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadəni və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərlə bağlı məlumatların açıqlanmasını davam etdirir.
Bu barədə xidmətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə, sahibkarlıq faəliyyətindən gəlirlər və xərclər barədə vergi orqanlarına təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi ilə bağlıdır.
Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Qasımov Natiq Şərəddin oğludur. Bakı şəhərində anadan olmuş vətəndaş N.Qasımov eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib. Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Biznes-Qrup" MMC və "Toodor-2017" MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Texniki Kompleks 2016" MMC və "Alyans Təminat" MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Life LT" MMC və "Lezko-BB" MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Bizness-Elit" MMC, "İSB Country" MMC və "MTS-2015" MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Kristal LTD" MMC-nin faktiki rəhbəri olub.
N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib.
Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 08.05.2023-cü il tarixli hökmü ilə Qasımov Natiq Şərəddin oğlu Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlıq fəaliyyətindən gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan olunması, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət məsuliyyəti yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
8 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
41 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək
Ən çox oxunanlar

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı
