OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu artırıb
OPEC 2023-cü il üçün OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı ilə bağlı proqnozunu artırıb.Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələrin qlobal neft hasilatı 2023-cü ildə gündəlik 1,8 milyon barel arta bilər və bu artıma ABŞ-ın əhəmiyyətli töhfə verəcək.
Marja xəbər verir ki, bu, OPEC-in hesabatında deyilir.
Beləliklə, proqnoz əvvəlki hesablama ilə müqayisədə 100 min barel artırılıb. Mütləq hesablasaq, 2023-cü ildə bu rəqəm gündəlik 67,6 milyon barelə çata bilər.
ABŞ-ın neft hasilatının avqust ayında bütün zamanların rekorduna yüksələrək, 2019-cu ilin noyabrında əldə edilən əvvəlki 13 milyon barel/gün həddini bir qədər üstələdiyi təxmin edilir.
Bu il hasilat artımının digər mənbələri Braziliya, Qazaxıstan, Norveç və Qayana olacaq.
Bununla yanaşı, 2024-cü il üçün proqnoz eyni olaraq qalıb - OPEC qeyri-OPEC ölkələrindən hasilatın gündəlik 1,4 milyon barel artaraq orta hesabla 69 milyon barel olacağını gözləyir.
OPEC-in proqnozuna görə, gözlənilən artımın əsas qüvvəsi ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan olacaq. Hasilatın artması həm ABŞ-dakı şist hövzələri, həm də dəniz layihələri hesabına təmin olunacaq. İstehsalda ən böyük azalma Meksika və Malayziyada baş verəcək.
OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu artırıb
OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatının gündəlik 12,8 milyon barrelə yüksələcəyini gözləyir. OPEC 2023-cü ildə ABŞ-da neft və kondensat hasilatı üzrə proqnozunu oktyabr ayı ilə müqayisədə gündəlik 20 min barel artırıb. Təşkilatın noyabr hesabatına əsasən, ABŞ-da hasilat üzrə proqnozu gündəlik 0,85 milyon barel artırılaraq 12,76 milyon barel olacağı gözlənilir.
Əvvəlki hesabatda OPEC 2023-cü ildə ABŞ-da neft hasilatının gündəlik 0,83 milyon barel artaraq 12,75 milyon barel təşkil edəcəyini proqnozlaşdırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

