"2023-cü ildə Azərbaycandan Avropaya qaz ixracı 12 milyard kubmetri ötəcək"
2023-cü ildə Azərbaycandan Avropaya qaz ixracı 12 milyard kubmetrdən çox olacaq.
Bu barədə energetika nazirinin müavini Samir Vəliyev bəyan edib.
“2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il 1 milyard kubmetr artırılması planlaşdırılır”, - Vəliyev Buxarestdə keçirilmiş 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında bildirib. Energetika Nazirliyi onun sözlərindən sitat gətirir.
Vəliyevin sözlərinə görə, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində işlənməkdə olan seçilmiş yataqlardan, o cümlədən “Ümid”, “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın bazara çıxarılması gözlənilir.
Bundan başqa, Azərbaycanın “yaşıl” enerji layihələri hesabına qənaət olunacaq qazın da əlavə tədarükün mühüm mənbəyi olacaq. “2027-ci ilin sonunadək 1862 MVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da 1 milyard kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”, - nazir müavini qeyd edib.
Həmçinin, Vəliyev “yaşıl” enerjinin ixracı məsələsinə toxunub. Onun sözlərinə görə, ilkin mərhələdə 4 QVt gücün Avropaya, 1 QVt həcmin isə Türkiyəyə ixracı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)






.jpg)



