Azərbaycan "hərbi əməliyyatlar təxirəsalınmaz şəkildə dayandırılsın" çağırışlarına qoşuldu
Xarici İşlər Nazirliyinin Nazir Ceyhun Bayramovun Birgə Ərəb İslam Fövqəladə Sammitində iştirak və çıxışına dair mətbuat məlumatı:
11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində iştirak və çıxış edib.
Çıxışında nazir Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsinin, xüsusilə mülki şəxslərin hazırki eskalasiyadan ən çox əziyyət çəkən tərəf olmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. Ölkəmiz adından münaqişə qurbanlarının ailələrinə başsağlığı ifadə olunub.
Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verdiyi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi bildirilib.
Son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı və münaqişədən əziyyət çəkən bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının dəstək və həmrəyliyini yaxından hiss etdiyimizi bildirib. Münaqişə zamanı, habelə post-münaqişə dövründə bir sıra beynəlxalq təşkilatların ikili standartları ilə üzləşdiyimiz bir vaxtda göstərilən ədalətli mövqeyə görə təşəkkür edilib.
Ərazilərimizin qanunsuz işğalına son qoyan 44 günlük Vətən müharibəsindən sonra cari ilin 19-20 sentyabr tarixlərində tərəfimizdən görülən anti-terror tədbirləri nəticəsində Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğu, bununla da bölgədə sülh və reinteqrasiya istiqamətində yeni imkanların yarandığı diqqətə çatdırılıb.
Tədbirin sonunda birgə kommünike qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 22 d. əvvəl
-
-
28 d. əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
2 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
2 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 13-də gözlənilən hava şəraiti
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
















.jpg)








.jpg)




