Dövlət şirkəti yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) səmərəliliyin artırılması məqsədilə təkmilləşdirmə işlərini davam etdirir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ötən dövr ərzində bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, Səhmdar Cəmiyyətin yeni korporativ idarəetmə standartları hazırlanıb və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurası tərəfindən təsdiq edilib.
“AzerGold” QSC-nin fəaliyyətində və idarəetməsində rəhbər tutulması məqsədilə təsdiq edilən yeni Standartlar milli qanunvericilik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri” və “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə Qaydaları”, eləcə də ölkə daxilində və dünyada təşəkkül tapmış qabaqcıl korporativ idarəetmə təcrübələri əsasında hazırlanıb.
Korporativ idarəetmə standartları QSC-nin fəaliyyətində əsas prinsip və məqsədləri müəyyənləşdirir, dayanıqlı inkişaf, səmərəlilik, operativlik və şəffaflığa əsaslanır. Belə ki, AİH tərəfindən fəaliyyətin qiymətləndirilməsi zamanı yeni Standartların tələbləri nəzərə alınacaq, bu məqsədlə QSC-də monitorinqlər aparılacaq, nəticəsi barədə Müşahidə Şurasına hesabat veriləcək. Eyni zamanda, hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilərək, QSC-nin illik hesabatlarına daxil edilməklə dərc olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


