Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir: Xarici borcumuz 5 milyard dollara qədər enə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Xarici borcumuz 5 milyard dollara qədər enə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kifayət qədər mühafizəkar borclanma siyasəti həyata keçirilir. Xarici dövlət borcu üzrə bizdə kifayət qədər azalma müşahidə olunmaqdadır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xarici borcumuz azalacaq, təxminən 5 milyard dollara qədər enə bilər:

“Bu isə şübhəsiz konkret layihələrin maliyyələşdirilməsi ilə bağlı olacaq. Hazırda bizim xarici dövlət borcu 6,5 milyard səviyyəsindədir. Növbəti ildə bizim borcun əhəmiyyətli hissəsinin qaytarılması nəzərdə tutulub. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq 10 illik istiqrazlar da buraxaq”.

©APA

02.11.2023 15:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18