Dövlət Xidməti ilə DİA arasında Anlaşma Memorandumu imzalanıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət İdarəçilik Akademiyası tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında Anlaşma Memorandumu imzalanıb.
Marja xəbər verir ki, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov imzalayıblar.
Sənədə əsasən, tərəflər tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcək. Sənəddə həmçinin birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün qarşılıqlı maraq doğuran sahələr üzrə araşdırma və təhlillərin Akademiyanın nəzdindəki elmi-tədqiqat institutları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi və digər məsələlər yer alıb.
Anlaşma Memorandumu çərçivəsində təhsilalanları Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, ölkədə gənclər siyasəti istiqamətində bir sıra proqramlar və layihələr həyata keçirilir. Dövlət Xidmətində aparılan gəncləşdirmə siyasətinə toxunan Xidmət rəisi savadlı və potensiallı gənc kadrların işlə təmin olunması və rəhbər vəzifələrdə çalışmaları üçün şəraitin yaradıldığını qeyd edib. Vurğulanıb ki, gənclərin dövlət qurumlarında fəaliyyəti dövlət idarəetməsində innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb.
DİA-nın rektoru Urxan Ələkbərov iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib, ali məktəb tələbələrinin Dövlət Xidmətində təcrübə keçməsi və birgə layihələrə cəlb olunmasının onların müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
20 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
25 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
30 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
49 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ





























.jpg)

.jpg)



