“PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinə yeni sədr təyin edilib
Ramil İmamov “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktoru təyin olundu“PAŞA Bank Gürcüstan” ASC-nin müşahidə şurasının qərarına əsasən, Ramil İmamov 2023-cü ilin oktyabr ayından etibarən “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin Sədri və Baş İcraçı direktor vəzifəsinə təyin edilib.
Marja.az xəbər verir ki, Bank sektorunda böyük təcrübəyə malik olan Ramil İmamov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın Tənzimlənməsi üzrə bakalavr və magistr təhsili alıb. O, həmçinin “Duke” Universitetinin “ASEP” proqramını və “Erickson Coaching International” (Moskva) proqramını bitirib.
Ramil İmamov karyerasına “Bank of Baku” ASC-də Mikrobiznes və KOB Departamentində mütəxəssis kimi başlayıb, daha sonra filial müdiri vəzifəsinə yüksələrək satışları idarə edib və xidmət keyfiyyətini təmin edib. 2014-cü ildən fəaliyyətini “Kapital Bank” ASC-də Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsində davam etdirib. 2018-ci ildən etibarən “Kapital Bank” ASC-də Baş Pərakəndə Satış inzibatçısı vəzifəsini icra edib.
O, 2023-cü ilin oktyabr ayından etibarən “PAŞA Bank Gürcüstan” ASC-nin Baş İcraçı Direktoru vəzifəsinə təyin edilib. “PAŞA Bank Gürcüstan” ASC bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatıran PAŞA Holding investisiya qrupunun bir hissəsidir.
PAŞA Bank 2013-cü ildən Gürcüstanda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 14 d. əvvəl
- 18 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















