GL şirkəti ADA Universiteti ilə Memorandum imzaladı - FOTOLAR
Azərbaycanın ilk özəl enerji şirkəti GL gənc istedadların inkişaf etdirilməsinə və tələbələrə praktiki təcrübə şansının yaradılmasına xüsusi önəm verir.
GL şirkəti ilə ADA Universiteti arasında bu istiqamətdə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum, tələbələrin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsi və səylərin birləşdirilməsini nəzərdə tutur.
Razılaşmaya əsasən, GL şirkəti və ADA Universiteti kadr hazırlığının yüksək səviyyədə təşkili üçün birgə tədbirlər həyata keçirəcək. Şirkət təhsil müəssisəsinin kontingenti üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.
GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalov bildirib ki, bu razılaşma GL şirkətinin korporativ sosial məsuliyyətinin təzahürü olduğu kimi, həm də gənclərimizə, təhsilimizə və insan kapitalına investisiyadır:
“Qarşılıqlı əməkdaşlıq fonunda, GL şirkətində fəaliyyət göstərən kadrlarımızın gənc peşəkarların formalaşmasında və bu dəyər yaradan prosesin bütün mərhələrində iştirak etmələri maraqlı və faydalı təcrübə olacaq”.
Qeyd edək ki, memoranduma əsasən, GL əməkdaşları ADA Universitetində ixtisasartırma kurslarından yararlanmaqla yanaşı, təhsil müəssisəsində qonaq spiker qismində çıxış etməklə tədris fəaliyyətinə də cəlb olunacaqlar.
Qeyd edək ki, GL Azərbaycanın ilk özəl yerli enerji şirkətidir. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri, eləcə də müasir texniki vasitə və texnologiyalardan istifadə etməklə neft-qaz sənayesində çoxşaxəli texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
20 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
25 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
30 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
49 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.jpg)













