"Bank of Baku" daha da böyüyüb, 9 ayı 24 milyondan çox mənfəətlə bağlayıb

"Bank of Baku" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 24 milyon 317 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 9 ayını 30 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətdəki geriləmə əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması və mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan daha az vəsait qayıtması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun faiz gəlirləri 22 milyon 793 min manat və ya 32% artaraq 94 milyon 116 min manat təşkil edib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun qeyri-faiz gəlirləri 875 min manat və ya 10% artaraq 9 milyon 617 min manata olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 23 milyon 668 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 834 min manat artıb. Xərclər gəlirlərdən daha sürətli artdığı üçün "Bank of Baku"nun əməliyyat mənfəəti 2 milyon 166 min manat azalıb.
2023-cü ilin 9 ayında "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 103 milyon 734 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 79 milyon 565 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 169 min manat təşkil edib. Həmçinin mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 9 milyon 383 min manat da mənfəətə əlavə edilib. "Bank of Baku" 33 milyon 552 min manat mənfəətindən 9 milyon 235 min manat mənfəət vergisi də ödəyib. Beləliklə, Bank 2023-cü ilin 9 ayını 24 milyon 317 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri 80 milyon 65 min manat, cəmi əməliyyat xərcləri 53 milyon 730 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 26 milyon 335 min manat təşkil etmişdi. Həmçinin mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 11 milyon 884 min manat da mənfəətə əlavə edilmişdi. "Bank of Baku" 38 milyon 219 min manat mənfəətindən 7 milyon 444 min manat mənfəət vergisi ödəmişdi. Beləliklə, Bank 2022-ci ilin 9 ayını 30 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"nun cəmi aktivləri 115 milyon 298 min manat və ya 16,4% aratraq 816 milyon 529 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 65 milyon 551 min manat və ya 11,4% artaraq 643 milyon 85 min manata çatıb.
"Bank of Baku"nun istehlak kreditləri portfeli 54 milyon 283 min manat artaraq 452 milyon 386 min manata, biznes kreditləri portfeli 3 milyon 85 min manat artaraq 157 milyon 760 min manata, ipoteka kreditləri portfeli 8 milyon 213 min manat artaraq 32 milyon 939 min manata yüksəlib.
"Bank of Baku" qiymətli kağızlara investisiyasını 2,3 dəfə artıraraq 51 milyon 695 min manata, digər banklara və kredit təşkilatına verilən kreditləri isə 46,5% artıraraq 63 milyon 14 min manata çatdırıb.
DEPOZİT PORTFELİ DƏ ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"da cəmi depozitlər 86 milyon 248 min manat və ya 23,6% artaraq 451 milyon 781 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 93 milyon 466 min manat artaraq 423 milyon 485 min manata yüksəlib.
30 sentyabr 2023-cü il tarixində "Bank of Baku" 139 milyon 410 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
8 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
10 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
10 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
10 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
