DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində görülən işlər müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə Nazirlik tərəfindən yaradılmış İnvestisiya Şurasının növbəti iclası olub.
Şuranın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri daxildirlər.
Marja xəbər verir ki, iclasda Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların DSMF-ni də əhatə etdiyini bildirib. Fondun fəaliyyətində optimal və mərkəzləşmiş iş mexanizmlərinin, innovativ həllərin tətbiqi işləri, sosial sığorta daxilolmalarında artımlar qeyd edilib.
Dövlət başçısının bu ilin aprel ayında imzaladığı qanunvericilik aktları ilə DSMF-nin sərbəst vəsaitini (Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) investisiyaya yönəltmək imkanına malik olmasının önəmi vurğulanıb. Bu addımın Fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasında əhəmiyyəti, həmin investisiya gəlirlərindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsində, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə edilməsinin nəzərdə tutulduğu vurğulanıb.
İclasda ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub, bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)








