Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYYƏ BALANSI AÇIQLANDI
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə azalıb.
2023-cü ilin 6 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 5 milyard 155 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 509 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 5 milyard 245 milyon dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 81 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 23% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansıında bildirilir
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balans əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdi. Cari əməliyyatlar balansında 10 milyard 331 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5 milyard 298 milyon dollar kəsir yaranmış, ehtiyat aktivləri 4 milyard 633 milyon dollar artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 101 dollar/barel olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdı.
Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir. Ehtiyat aktivlər - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
