970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti ən çoxu 2 həftə olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti ən çoxu 2 həftə olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Reklam_3_11

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Layihəyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

© APA

əmək müqaviləsi sınaq müddəti
12.09.2023 11:06
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18