Azərbaycan Çin ilə istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında saziş imzaladı
Sazişiə əsasən iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bilik əsaslı sənaye və innovasiya, o cümlədən 4Sİ texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ÇXR-in Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.
Qeyd edilib ki, dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksək səviyyəli əlaqələr iqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar yaradır.
Görüşdə dayanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verilib, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir. Bütün bunlar beynəlxalq tərəfdaşlarla, o cümlədən Çinlə əməkdaşlığın intensivləşdirilməsi üçün münbit şərait yaradır.
Tərəflər arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Bundan başqa, Azərbaycan və Çin arasında investisiya əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün reallaşdırıla biləcək potensial layihələrə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmasında fəal mövqeyi, Orta Dəhlizdən səmərəli istifadə məqsədilə gələcək əməkdaşlıq imkanları təhlil edilib.
Görüşdə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi" imzalanıb. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çin tərəfindən isə ÇXR Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye imzalayıblar. Çərçivə Sazişinə əsasən iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bilik əsaslı sənaye və innovasiya, o cümlədən 4Sİ texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulub.
Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə görüşdə ölkəmizin 2016-cı ildən Bankla uğurlu əməkdaşlıq etdiyi və bu tərəfdaşlığın önəmi vurğulanıb. Bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Bankla reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verir.
Bankla Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.
XXX
Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri cənab Cenq Şanciye ilə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük.
Marja.az xəbər verir ki, bunu Çində səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, görüş çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
13 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
13 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
15 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
15 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
16 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
16 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
