AZAL “Təyyarə Bələdçisi” vəzifəsi üzrə işçi axtarır
“Azərbaycan Hava Yolları” (AZAL) özünü “Təyyarə Bələdçisi” vakansiyanın tələblərinə uyğun hesab edən hər kəsi müsahibələrdə iştirak etməyə dəvət edir.
Regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.
Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.
Aviaşirkətdə “Təyyarə Bələdçisi” kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.
Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlər ilə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:
- Azərbaycan Respublikası vətəndaşı;
- 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
- minimum tam orta təhsil;
- hərbi bilet (olduğu təqdirdə)
- boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
- dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
- ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
- mütəmadi ezamiyyətlərə hazır olmaq;
- uçuş üçün tibbi əks göstərişin olmaması.
Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə "Karyera" bölməsinə keçid edərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini [email protected] poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
51 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




.jpg)





