Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kəlbəcərdə maşın dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb, 1-i xəsarət alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kəlbəcərdə maşın dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb, 1-i xəsarət alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Məlumatı görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb.

Reklam_3_11

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Ölən şəxslərin Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik, xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

25.08.2023 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18