Şirkət 20 işçisi ilə 4,3 milyon manat gəlir əldə edib - HƏR BİRİ 40 MİN MANAT QAZANIB
"Cənubtikintiservis"in xalis mənfəəti kəskin artıb
Adından tikinti sektorunda fəaliyyət göstərdiyi təəssüratı yaradan "Cənubtikintiservis" ASC 2022-ci ili 2 milyon 53 min manat xalis mənfəət ilə başa vurub. ASC 2021-ci ili 1 milyon 388 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Cənubtikintiservis" şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 666 min manat və ya 48% artıb.
Marja.az xəbər verir ki, "Cənubtikintiservis"in əsas əməliyyat gəlirləri 2021-ci ildə 4 milyon 41 min manat ikən, 2022-ci ildə 4 milyon 328 min manata yüksəlib. Qeyd olunub ki, Şirkət icarə fəaliyyəti ilə məşğul olub. Şirkət bu milyonları cəmi 20 nəfər işçi ilə əldə edib. Belə ki, 2022-ci ildə Şirkətin işçilərinin sayı 10 nəfər azalaraq 35 nəfərdən 20 nəfərə düşüb (o cümlədən 7 nəfər Müşahidə Şurasında, rəhbərlikdə və Təftiş Komissiyasında çalışır). Ötən il "Cənubtikintiservis"in işçi heyəti üzrə xərcləri 802 min 421 manat təşkil edib (2021-ci ildə 794 min 598 manat olmuşdu). Ötən il hər bir işçisi orta hesabla 40 min 121 manat qazanc əldə edib.
Şirkət digər xərcləri 958 min 866 manat təşkil edib ki, bu xərclər də amortizasiya və sair əməliyyat xərcləridir. Şirkət bir manatlıq da mal material alışına xərc çəkməyib.
31 dekabr 2022-ci il tarixində "Cənubtikintiservis" ASC 16 milyon 337 min manat cəmi aktivlərə malik olub.
"Cənubtikintiservis" ASC-nin səhmləri 2 hüquqi və fiziki şəxslərə məxsusdur. Hüquqi şəxslərdən biri nizamnamə kapitalında 51% paya malikdir. Digər hüquqi şəxs 45,76% paya, fiziki şəxslər isə 3,24% paya malikdirlər. 2022-ci ilin mənfəətindən fiziki şəxs səhmdarlara (21471 səhm) hər biri üçün 5 manat dividend ödənilməsi barədə qərar qəbul edilib.
Şirkətin rəhbərliyində milliyətcə türkiyəlilər də təmsil olunur.
Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb və əsasən neft-qaz sektoruna xidmətlər göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
