"Finca Azerbaijan" 2023-də də mənfəətlə fəaliyyət göstərir, kredit portfeli böyüyüb
Əhalinin və biznesin "Finca Azerbaijan"a borcu artıb.
"Finca Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 840 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Təşkilat 2022-ci ili 3 milyon 267 min manat, 2021-ci ili isə 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Finca Azerbaijan"ın faiz gəlirləri 8 milyon 52 min manat, qeyri-faiz gəlirləri 222 min manat, əməliyyat xərcləri çıxıldıqdan sonra əməliyyat mənfəəti 1 milyon 4 min manat təşkil edib. Təşkilat 118 min manat mənfəət vergisi ödəyib.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan"ın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 52 milyon 833 min manata çatıb. Ötən ilin sonunda Təşkilatın müştərilərə verdiyi cəmi kreditlər (xalis) 44 milyon 875 min manat təşkil etmişdi. Beləliklə, cari ilin ilk 6 ayında "Finca Azerbaijan"ın xalis kredit portfeli 7 milyon 958 min manat artıb.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan" 303 nəfər işçiyə malik olub.
"Finca Azerbaijan"ın 100% təsisçisi "FİNCA Coöperatief U.A" təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
5 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
