“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma
(®) Abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar” yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rouminq paketləri təqdim edir.
Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun istənilən rouminq paketini “Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rouminq bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.
İstifadəçilər üçün unikal seçimlər təqdim edən “Nar”ın “Rouminq 9” paketi abunəçilərə 500 MB internet, “Rouminq 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Rouminq 18” paketi 1 GB internet, “Rouminq 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Rouminq 18” və “Rouminq 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.
Müştərilərin rahatlığını artırmaq üçün sifariş edilən paket daxilində balansı yoxlamaq isə *777#20#YES yığmaq qədər sadədir. “Rouminq 9”, “Rouminq 15” paketlərinin istifadə müddəti 5 gün, “Rouminq 18” və “Rouminq 28” paketlərinin istifadə müddəti isə 15 gündür. Rouminq xidməti haqqında bütün məlumatları nar.az/abroad bölməsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 3 d. əvvəl
-
-
17 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 51 d. əvvəl
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb













.jpg)








.jpg)


