Şirkət və sahibkarlara "Tərəzilərin yoxlanılması" xəbərdarlığı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə dövlət tənzimlənməsinə aid edilən sahələrdə istifadə edilən tərəzilərin tipinin təsdiq edilməsi və vaxtlı-vaxtında dövri yoxlamadan keçirilməsi üçün çağırış edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası ərazisində bütün növ ödənişli xidmətlərin göstərilməsində, ticarət əməliyyatlarında, malların ölçülüb qablaşdırılmasında, o cümlədən poçt göndərişlərində müxtəlif növ tərəzilərdən istifadə olunur. Bu zaman belə bir sual meydana çıxır: Tərəzilərdə ölçmənin dəqiqliyinə necə əmin olmaq olar? Bu sahədə dövlət tənzimlənməsi hansı qaydada həyata keçirilir?
Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinə aid olan sahələrdə istifadə olunan tərəzilərin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tərəzilərin təsdiq edilmiş tipi standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir.
Dövlət tənzimlənməsi sahələrində istifadə edilməsi üçün nəzərdə tutulmuş tərəzilər istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Qeyd olunan sahələrdə tərəzilərdən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim etməlidirlər.
Qeyd edək ki, tərəzilərin yoxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
Proses zamanı hər bir tərəzinin metroloji qayda və normalara uyğunluğu müəyyən olunur. Gedişatda hər bir tərəziyə fərdi yanaşılır və yoxlama zamanı dövlət kəmiyyət vahidi etalonları ilə izlənilən etalonlardan istifadə edilir. Yoxlamanın nəticəsi əsasında tərəzi yararlı sayılarsa, üzərinə yoxlama nişanı vurulur və (və ya) yoxlama haqqında şəhadətnamə təqdim olunur. Tərəzinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur.
Yoxlamanın nəticəsinə əsasən, tərəzi metroloji tələblərə uyğun olmadığı halda, üzərinə yararsızlıq nişanı vurulur, istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildiriş verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.
Yararsızlığı müəyyən edilmiş tərəzilər dərhal istismardan çıxarılmalıdır. Tərəzilərin yoxlamadan keçirilməsi istehlakçı hüquqlarının müdafiəsinə, həm də bu sahədə fəaliyyət göstərən ticarət obyektinin iş keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İstehlakçılar yararsız, dəqiqlik göstəriciləri düzgün olmayan və ya müvafiq tələblərə cavab verməyən tərəzilərin istifadəsi halları ilə rastlaşdıqları zaman faktlarla birgə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected] ) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 7 d. əvvəl
-
-
13 d. əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 51 d. əvvəl
-
1 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
2 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
2 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 13-də gözlənilən hava şəraiti
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
















.jpg)








.jpg)



