Yuan bu ilin ən aşağı səviyyəsinə düşüb
Çin yuanı ölkənin iqtisadi göstəricilərinin pisləşməsi fonunda ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.
Marja.az xəbər verir ki, bu gün, avqustun 14-də yuan 0,3% ucuzlaşaraq 1 dollar üçün 7,2816 olub.
Bütövlükdə il ərzində Çin valyutası təxminən 5% ucuzlaşıb ki, bu da yen və Cənubi Koreya vonundan sonra Asiyada ən pis göstəricidir.
Çin səhmləri də ucuzlaşır. Xüsusilə, CSI 300 1,8% düşüb. Çinin 10 illik istiqrazının gəlirliliyi bir baza bəndi geriləyərək 2,62%-ə düşüb və bu ilin ən aşağı səviyyəsi olan 2,59%-ə yaxınlaşıb.
Çinin ixracı iyunda illik müqayisədə 12,4% azaldıqdan sonra İyulda 14,5% azalaraq 281,8 milyard dollara düşüb. İdxal da iyunda 6,8% azaldıqdan sonra 12,4% azalaraq 201,2 milyard dollara enişi sürətləndirib. Nəticədə ölkənin ticarət profisiti 20,4% azalaraq 80,6 milyard dollara geriləyib. Məlumatlar təkcə xarici tələbin zəifləməsini deyil, həm də daxili tələbata təzyiqin artdığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

























