Apple şirkətinin iPhone satışından gəliri azalıb
Apple gəlirlərinin azaldığını bildirdiİyulun 1-də başa çatan 2022-2023-cü maliyyə ilinin üç rübü ərzində Apple şirkətinin xalis mənfəəti illik müqayisədə 6,4% azalaraq 74 milyard 39 milyon dollar olub.
Marja.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Səhmbaşına mənfəət bir il əvvəlki 4,82 dollardan 4,67 dollara düşüb.
Şirkətin hesabat dövründəki gəlirləri 3,4% azalaraq 293 milyard 787 milyon dollar təşkil edib.
Maliyyə ilinin üçüncü rübündə Apple-ın xalis mənfəəti 2,3% artaraq 19 milyard 881 milyon dollar təşkil edib. Şirkətin hesabat dövründə gəlirləri isə 1,4% azalaraq 81 milyard 797 milyon dollar təşkil edib, proqnoz isə 81 milyard 730 milyon dollar idi.
Üçüncü rübdə iPhone satışından əldə edilən gəlir illik müqayisədə 2,4% azalaraq 39 milyard 669 milyon dollar (proqnoz 39 milyard 91 milyon dollar), Mac satışından əldə edilən gəlir 7,3% azalaraq 6 milyard 840 miylon dollar, iPad satışından əldə edilən gəlir 19,8% azalaraq 5 milyard 791milyon dollar olub.
“Apple Watch” və “Air Pod”ların daxil olduğu seqmentdə satışlar 2,5% artaraq 8 milyard 284 milyon dollara, Xidmətlər bölməsi üzrə gəlirlər isə 8,2% artaraq 21 milyard 213 milyon dollara çatıb.
Apple səhmləri məlumatlar açıqlandıqdan sonra ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























