Prezidentdən “kağızsız hökumət”ə keçid ilə bağlı yeni fərman - SENTYABRIN 1-DƏK...
Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılacaq
Azərbaycan Respublikası Prezidenti "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərman imzalayıb.
Marja xəbər verir ki, Fərmana, dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə qərara alınıb.
Fərmada deyilir ki, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (bundan sonra – altsistem) yaradılsın.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin 2023-cü il sentyabrın 1-dək formalaşdırılmasını təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
idarələrarası elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, altsistemin, bu Fərmanın 6-cı hissəsinə əsasən yaradılacaq elektron sənəd dövriyyəsi sistemlərinin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılsın və Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatına, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatına, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparatına, Azərbaycan Kredit Bürosuna, İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, altsistem formalaşdırıldıqdan sonra elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etməlidirlər.
Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə altsistemin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
