Volkswagen Çinin elektrik avtomobil istehsalçısına 700 milyon dollar sərmayə yatırır
Çinin elektrikli avtomobil istehsalçısı Xpeng-ə 700 milyon dollar sərmayə yatıracağını açıqlayan Volkswagen Qrup, bu investisiya ilə şirkətin səhmlərinin 4,99%-ni sərmayə artırma yolu ilə alacağını açıqlayıb. Bu müqavilə ilə Volkswagen Çin avtomobil bazarında bazar payını artırmağı hədəfləyir.Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen, Çinin elektrik avtomobil istehsalçısı XPeng-ə 700 milyon dollar sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb.
Marja.az xəbər verir ki, Çin bazarında gücünü artırmağı hədəfləyən Almaniyanın avtomobil nəhəngi Xpeng-in səhmlərinin 4,99 faizini alacaq.
Müqaviləyə əsasən, Volkswagen və XPeng Çin bazarı üçün VW brendi altında elektrik avtomobilləri istehsal edəcək. Almaniyanın avtomobil qrupu, Audi ilə başqa bir Çin istehsalçısı olan SAIC arasında lüks elektrikli avtomobil istehsalı üçün tərəfdaşlığın genişləndiyini açıqlayıb.
Almaniyanın avtomobil istehsalçısı XPeng ilə əməkdaşlıqda Çin üçün iki müxtəlif model elektrik avtomobili istehsal etməyi planlaşdırır. Yeni elektrikli avtomobillər Volkswagenin Çinin Hefei şəhərindəki yeni inkişaf, innovasiya və təchizat mərkəzində istehsal olunacaq və avtomobillər Çində Volkswagen brendi altında satılacaq. Modellərin istehsalına 2026-cı ildə başlanacağı gözlənilir. Volkswagen bu avtomobillərdə avtonom (sürücüsüz) idarəetmə üçün Xpeng tərəfindən hazırlanmış proqram təminatından istifadə edəcəyini açıqlayıb.
Almaniyanın avtomobil istehsalçısının başqa bir məlumatında, Audi markasının Çin bazarı üçün dəbdəbəli elektrik avtomobilləri istehsal etmək üçün Çinin avtomobil şirkəti SAIC ilə tərəfdaşlığını genişləndirdiyini açıqlayıb. Hər iki marka lüks seqmentdə elektrik avtomobil istehsalı üçün yeni platforma hazırlamağı planlaşdırır. Volkswagen, sövdələşmənin məbləği və bu elektrikli avtomobillərin bazara nə vaxt çıxacağı barədə heç bir təfərrüat paylaşmayıb.
Hər iki sövdələşmə VW-nin ən əhəmiyyətli bazarlarından biri olan Çində satışların azalması və elektrikli avtomobil liderləri Tesla və BYD-nin ön plana çıxdığı bir dövrə təsadüf edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 31 d. əvvəl
-
-
44 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə


























