Energetika naziri Rumıniyadan olan həmkarı ilə görüşüb
Buxarest səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja arasında görüş olub.
Görüşdə Azərbaycan və Rumıniya Prezidentlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyəti, energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb. “Xəzər dənizi - Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib. Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdə Romqaz və SOCAR arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirildiyi, bu fəaliyyətin inkişafının bazardakı rəqabətlilik və enerji təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























